Məhkum ölümü ilə bağlı rüsvayçı rəsmi izahat

penitensiar-xidmetPenitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində iki məhkumun öldürülməsi ilə bağlı məlumat yayıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilən məlumata görə, bir neçə məhkumun döyülməsi, iki nəfərin öldürülməsi barədə həqiqətəuyğun olmayan qərəzli məlumatlar yayılıb.

“Bununla əlaqədar bildirilir ki, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nurani İbrahimov qanunla nəzərdə tutulmuş gəzinti vaxtı qəflətən özünü pis hiss edərək yerə yıxılıb və ona göstərilən təxirəsalınmaz tibbi yardıma baxmayaraq, vəfat edib.

Faktla bağlı dərhal prokurorluğa məlumat verilib və araşdırma başlanılıb”.

Nurani İbrahimov- ölən məhkum

Nurani İbrahimov- ölən məhkum

Xidmətdən verilən açıqlamada qeyd edilib ki, mərhumun meyitinin məhkəmə-tibb eksperti tərəfindən aparılmış ilkin xarici müayinəsi zamanı onun ölümünə səbəb olan xəsarətlər aşkar edilməyib, daxili müayinəsinin aparılması və ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

“Həmin müəssisədə cəza çəkən məhkum Sahib Abbasovun döyülərək öldürülməsi, digər məhkumlar Elmir Əsədovun və Tariyel Şahverdiyevin xəsarət alaraq xəstəxanaya köçürülmələri barədə yayılmış qərəzli məlumatlar uydurma olmaqla həqiqətə uyğun deyil və ictimaiyyətdə yanlış fikrin formalaşmasına yönəlib”.

Həmin məhkumlarla valideynləri və yaxınları narahatlıq keçirməsinlər deyə telefon əlaqəsi saxlayıblar.