Bakı sakinini aldadıb 165 min dollarlıq qızıllarını aldılar

qizil-lombardBakıda daha bir dələduzluq hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, Bakı şəhər sakini, 48 yaşlı Rövşən Qasımov hüquq-mühafizə orqanlarına müraciət edərək 2014-cü ilin noyabr ayının 24-də 1972-ci il təvəllüdlü Dadaş Dadaşovun, etibarından sui-istifadə edərək ondan 165 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları aldığını, indiyədək qızılların pulunu vermədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.