“Şeremetyevo” aeroportu özəlləşdirildi

sheremetyevo-aeroportRusiyanın “Şeremetyevo” hava limanının aktivlərinin konsolidasiyasından sonra nizamnamə kapitalında dövlətin payı 31,56% təşkil edəcək.

Rusiya mətbuatı xəbər verir ki, “Şeremetyevo Holdinq”in payı isə 68,44%-ə çatıb.

Mətbuatın yazdığına görə, “Şeremetyevo Holdinq” milyarderlər Arkadiy Rotenberq, Aleksandr Ponomaryenko və Aleksandr Skoroboqatkoya məxsusdur.

Sənəddə qeyd edilir ki, qəbul olunan qərarlar Moskvanın aviasiya qovşağının strateji inkişafına hesablanıb (APA).