Mərkəzi Bankdan iqtisadiyyata daha bir zərbə

nemet-eliyev

Nemət Əliyev

Mərkəzi Bankın qəbul etdiyi səhv qərarların sayı artmaqdadır. Bu qurumun bu gün qəbul etdiyi qərar ölkədə işgüzar fəaliyyəti daha da zəiflədəcək.

Gerçək mənzərəyə diqqət edək. Ötən il, yəni 2015-ci ildə manatla verilmiş kreditlərin həcmi 2,5 milyard manat azalıb. Dollarla verilmiş kreditlərin həcmi il ərzində 434 milyon dollar artsa da, dekabrda 612 milyon dollar azalma baş verib. Alıcılıq qabiliyyətini nəzərə almaq üçün nisbətən sabit valyutada hesablayıb müqayisələr aparsaq, məlum olar ki, bir il ərzində kredit qoyuluşu 9,7 milyard dollar azalaraq 13,9 milyard dollara düşüb. Göründüyü kimi bir ildə iri miqyaslı kredit resurslarından məhrum olmuşuq.

Belə ağır bir zamanda vəziyyətin daha da pisləşməsinin qarşısının alınmasında iqtisadiyyatın pulla təminat səviyyəsinin yüksəldilməsi hava, su qədər vacibdir. Bu işdə kreditlərin faiz dərəcəsinin aşağı salınması, manatla kreditlərin verilməsi yolunda mövcud olan maneələrin aradan qaldırılması və bu istiqamətlərdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi çox əhəmiyyətlidir. Lakin Mərkəzi Bankın uçot dərəcəsinin artırılmasını nəzərdə tutan bugünkü qərarı kreditlərin faiz dərəcələrinin artırılmasına, iqtisadiyyatın kredit resursları ilə, pulla təminat səviyyəsinin pisləşməsinə səbəb olmaqla bugünkü işgüzar fəallığın daha da zəifləməsinə səbəb olacaq.

 

Yazı iqtisadçının Facebook səhifəsindən götürülüb.