Sifarişlə həbs etdirdikləri insanları vəkilsiz qoymaq istəyirlər

ali-karimli-qurultaydaBunlar günahsız adamları şərləyərək həbs etməklə də kifayətlənmirlər, həm də istəyirlər ki, sifarişlə həbs etdirdikləri insanlar vəkilsiz qalsınlar. Neçə-neçə tanınmış, peşəkar vəkili peşəsindən uzaqlaşdırıblar. İndi də ləyaqətli insan, cəsarətli və həqiqətpərəst vəkil Yalçın İmanovu cəzalandırmaq istəyirlər.

Yalnız ona görə ki, Yalçın bəy AXCP Rəyasət Heyəti üzvü Məmməd İbrahimə qarşı quraşdırılmış saxta cinayət işini böyük bacarıq və qətiyyətlə ifşa edir. Yalçın bəy sübut edib ki, Məmməd bəy nəinki cinayət törətməyib, tam əksinə, özü cinayət qurbanıdır, hazırkı cinayət işi onu həbs etmək üçün quraşdırılıb. Məhkəmə isə Məmməd bəyi həbsdən azad etmək əvəzinə, onun təqsirsizliyini sübut edən vəkili hədəf seçir. Razısınız ki, bu ölkədə məhkəmələr də repressiya aparatının bir hissəsidir?