Obama və Putin son hadisələri müzakirə etdilər

ABŞ Rusiya prezidentləri arasında telefon danışığı baş tutub.İki lider Suriyaya beynəlxalq dəstək qrupunun görüşlərinin yekununu və Ukraynada vəziyyətin tənzimlənməsi məsələsini müzakirə ediblər.

“Hər iki tərəf Münhendə 11-12 fevral tarixlərində Suriyaya beynəlxalq dəstək qrupunun görüşlərini müsbət qiymətləndirib. Həmçinin Minsk razılaşmaları çərçivəsində Ukraynadakı vəziyyətin tənzimlənməsi məsələsi müzakirə olunub ” –  Kremlin bəyanatında belə deyilir.

Vladimir Putin telefonla danışır. Arxiv.

Vladimir Putin telefonla danışır. Arxiv.

Tərəflər Ukraynadakı münaqişənin dayandırılması və humanitar yardımın göndərilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün lazımi dəstək verməyə hazır olduğunu bildiriblər.

Bundan əlavə Rusiya prezidenti Putin Suriyada vahid antiterror cəbhəsinini yaradılmasını təklif edib. Kremlin məlumatına görə, prezidentlər Suriyaya yardım Beynəlxləq qrupunun Münhendə qəbul etdiyi bəyannamənin reallaşdırılması üçün səylərini birləşdirməyə hazırdır.

Rəsmi Vaşinqton bu telefon danışıqları barədə açıqlama verməyib.

Barak Obama telefonla danışarkən. Arxiv.

Barak Obama telefonla danışarkən. Arxiv.

Sonuncu dəfə iki ölkə prezidenti arasında telefon danışığı bu ilin yanvarın 13-də baş tutub. O zamanda Obama və Putinin əsas müzakirə mövzusu Ukraynadakı vəziyyət və Minsk razılaşmalarının yerinə yetirilməsi olub. Bundan əlavə liderlər Şimali Koreyanın  hidrogen bombasını sınaqdan keçirməsi məsələsinə toxunublar.

Minsk razılaşmaları Ukraynadakı münaqişənin həll edilməsini nəzərdə tutulıan sənəddir. Sənəd 12 fevral 2015-ci il Belarusun paytaxtı Minskdə Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Pyotr PoroşenkoFransaPrezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel  və Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə keçirilən 14 saatlıq görüş zamanı qəbul edilib. 

(ans)