NATO-nun 4 gəmisi Gürcüstana gəldi

abs-gemiNATO-nun dörd gəmisi bu gün Batumi limanına daxil olub. Bu barədə məlumatı Acariya Muxtar Respublikasının rəhbəri Arçil Xabadze söyləyib. Onun sözlərinə görə, ilk dəfədir ki, Batumi sahillərinə bu qədər amerikalı hərbçi gəlir. Gəmilərin Batumi limanında fevralın 15-ə qədər qalacağı gözlənilir. Üstəlik, sabah Batumiyə ABŞ kontr-admiralı Cocio Latsionun gələcəyi də bildirilir.