400 milyonluq sualtı gəmi Azərbaycanın nəyinə lazımdır?

oqtay-haqverdiyevNazir belə bir gəminin tikintisi getdiyini deyir, ekspert isə bu layihənin reallaşacağına inanmır

Iqtisadiyyat naziri Şahin Mustafayev Bakı Gəmiqayırma Zavodunda dəyəri 400 milyon dollardan yuxarı sualtı tikinti gəmisinin inşasının aparıldığını bildirib. Nazir qeyd edib ki, Azərbaycan Investisiya Şirkətinin əsas səhmdarlarından olduğu,  Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda dəyəri 40 mln. dollar olan ilk sifariş yerinə yetirilib.

Hazırda dəyəri 400 mln. dollardan yuxarı olan sualtı tikinti gəmisinin, həmçinin üç ədəd sərnişin gəmisinin tikintisi aparılır.

Görəsən, hazırkı iqtisadi böhran şəraitində və əksər layihələrin ixtisara salındığı bir vaxtda dəyəri milyonlarla ölçülən sualtı gəminin inşasına ehtiyac varmı?

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev  hazırkı vəziyyəti nəzərə alaraq, bu məsələnin reallaşacağını mümkün hesab edilmir. Ekspert qeyri-neft sektorunun inkişafı baxımından belə layihələri  müsbət hal sayır. Yəni neftdən gələn vəsaitlər tükəndiyi şəraitdə alternativ sektor kimi belə sahələr fəaliyyətə başlaya bilər:

“Vaxt gələcək, neft olmayacaq, ona görə  belə sahələr inikşaf etdirilməlidir. Lakin bununla belə,  hesab edirəm ki, indiki zamanda miyonlarla dollar sərf etməklə belə gəmiləri inşa etmək mümkün deyil.  Yəni bizim o qədər qüvvəmiz yoxdur. Hökumət elan edib ki, yeni obyekt və tikintilər inşa edilməyəcək. Bəlkə də 2017-ci ildən sonra belə işlərə başlanacaq. Lakin hələlik böyük layihələri həyata keçirmək üçün imkan yoxdur.  Təkcə  əvvəlki illərdən başlanan layihələri axıra çatdırmaq gözlənilir. Gəmiqayırma zavodunu genişləndirmək  və ya başqa layihələr ola bilər. Amma belə layihələrin yaxın bir-iki ildə baş tutmasına inanmıram”.

Nigar