
““Sahil” uşaq evi uzun illər SOCAR-ın balansında fəaliyyət göstərib. Hazırda məktəbəqədər təhsil müəssisəsi yerli icra hakimiyyətinin tabeliyindədir. Məsələdən hər iki qurum xəbərdardır. Dəfələrlə bu qurumların qaynar xəttinə zəng edərək narahatlığımızı bildirmişik. Onlar da məsələni araşdıracaqlarını və problemin tezliklə həll olunacağını deyiblər. Amma bu günə qədər problem qalmaqdadır”,-deyə valideynlərin müraciətində bildirilir.
“Sahil” uşaq evinin direktoru Sevil İmanova “Bizim Yol”a açıqlamasında problemin olduğunu təsdiqlədi: “Qazın təchizatından yaranmış problem səbəbindən kombi işləmir. Biz problemlə bağlı yerli icra hakimiyyətinin rəhbərliyinə və qaz idarəsinə məlumat vermişik. Qaz idarəsindən bildirilib ki, boru xəttində baş vermiş qəzanın yaratdığı fəsadlar aradan qaldırılandan dərhal sonra qazla təchizat əvvəlki qaydasında olacaq”.