Dünən gecə Kənd Təsərrüfatı Nazirliyində yanğın hadisəsi olub. Bu barədə məlumatı Qaynar.info-ya nazirliyin əməkdaşlarından biri verib. Əməkdaşın sözlərinə görə, yanğın nazirliyinin aparat rəhbərinin otağında baş verib. Nəticədə otaqda olan bütün əşyalar, yanaraq kül olub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğına nəyin səbəb olması isə hələ məlum deyil.

Kənd Təsərrüfatı Nazirliyində yanğın
•