Davudoğlu Kiyevə gedir

davudoglu-yatsenyukTürkiyənin baş naziri Əhməd Davudoğlu fevralın 15-də Ukraynaya səfər edəcək. Bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib.

“Bazar ertəsi mən Ukraynaya rəsmi səfər edəcək Türkiyənin baş nazirini qəbul edəcəm”, – deyə Yatsenyuk bildirib.

Qeyd edək ki, Ukrayna XİN rəhbəri Pavel Klimkin bundan əvvəl Kiyevin Türkiyəni Krıma dair danışıqlara qatılmağa dəvət etmək niyyətində olduğunu bildirmişdi. (APA)