Coca-Cola Azərbaycandan gedir?

coca-colaBakının mağazalarında Coca-Cola şirkətinə məxsus bütün soyuducular yığışdırılır. Mağazalardan Criminal.az-a bildirildi ki, həmin soyuducular bir neçə gün əvvəl dünyasını dəyişən “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becelə məxsus olub.

Məsələ ilə bağlı şirkət ilə əlaqə saxlamaq mümkün olmadı.

Qeyd edək ki, C.Becəl Bakıdakı ticarət mərkəzlərinin birinin idman zalında məşq edərkən vəziyyəti pisləşib. Cem Becelin infarktdan öldüyü deyilir. Qeyd edək ki, Cem Becel “Azerbaijan Coca-Cola Bottlers Ltd”də 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi.