Mərkəzi Bankdan yalnız bir bank dollar aldı

dollarBu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan verilən məlumata görə, tənzimləyici tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda yalnız 1 bank 10 milyon dollar tələbi ilə iştirak edib və sifarişi tam həcmdə təmin olunub.

Mərkəzi Bankdan 10 milyon dollar alan bank “Azərbaycan Beynəlxalq Bankı” ASC-dir.