Pulsuz təhsil olmayacaq?

sahinMaliyyə Bazarlarına Nəzarət Palatası Nəzarət Palatası yaranandan sonra digər sferalarda, məsələn, təhsildə də publik hüquqi şəxs yarana bilərmi?

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Azərtac-a bildirib ki, yarana bilər.

-Məktəblərin və ali təhsil müəssisələrinin nizamnamələrinə yenidən baxılır. Heç bir ölkədə universitetlər və təhsil ocaqları qeyri-kommersiya təşkilatı deyil. Ali təhsil ocaqları cəmiyyət və dövlət üçün çox mühüm bir sahə olan təhsillə məşğuldurlar. Qeyri-kommersiya fəaliyyəti isə tamamilə başqa bir sahədir. Orada bu cür məsuliyyət yoxdur.

– Yəni pulsuz təhsil olmayacaq?

– Yox, pulsuz təhsil də olacaq. Publik hüquqi şəxslər həm pullu, həm də pulsuz xidmət göstərə bilər. Dediyim kimi, onlar büdcədən maliyyələşə və maliyyələşməyə də bilər. Bu, dövlət idarəetməsində yeni tələbatları ödəyə biləcək çox çevik, elastik bir formadır ki, dövlətin imkanlarını daha da genişləndirir.

– Bununla bağlı yəqin ki, qanunvericilikdə də dəyişikliklər ediləcək.

– Əlbəttə, cənab Prezident Nazirlər Kabinetinə tapşırıq verib ki, mövcud qanunvericiliyi onun imzaladığı müvafiq sənədlərə uyğunlaşdırılmasına dair təkliflərini təqdim etsin. Layihələr hazır olduqdan sonra, zərurət yaranarsa, dövlətimizin başçısı tərəfindən Milli Məclisə təqdim ediləcək.

– Bu sənədlərin hazırlanmasında hansısa ölkənin təcrübəsindən istifadə olunurmu?

– Biz ən qabaqcıl Qərbi Avropa ölkələrinin təcrübəsini əsas götürmüşük.

 

(marja)