Avtomobildən 40 min manatlıq qızıl oğurlanıb

qizillarBakıda avtomobildən oğurluq olub. “Report”un xəbərinə görə, Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzinin yaxınlığında Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Təranə Əsgər qızı Aslanovaya məxsus “BMW” markalı avtomobildən şüşəni sındırmaqla, içərisində 40 min manat dəyərində qızıl-zinyət əşyaları, 100 manat pul və sənədlər olan əl çantası oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.