Britaniyalı fermer dağ havasının bir bankasını 116 dollara satır

dag-qarBöyük Britaniyada yerli fermer Leo de Vatts varlı alıcılara təmiz kənd havasının satışını təşkil edir. Çinin maddi cəhətdən imkanlı vətəndaşları bu ”məhsul”una daha çox maraq göstərirlər.

Dumanlı Albionun dağ zirvələrinin havasının bir bankası 80 funt sterlinqə (116 dollara) rahatlıqla alıcı tapır. Fermerin sözlərinə görə, çirklənmiş Şanxay və Pekin şəhərlərinin varlı elitası bir neçə udum təmiz havaya görə xeyli pul xərcləməyə hazırdır.

Vattsın saytında təmiz havanın Somerset ətrafından, Uels və Dorsetdən toplandığı üçün müxtəlif ətirlərə malik olması qeyd edilib.

 

(fins.az)