Bakıda yanğın baş verdi

yanginsondurenXətai rayonunda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 15 kv.m sahədə yanıb.

Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.