Bakının mərkəzindəki brend geyimlərin satıldığı butiklərdən birindən oğurluq edilib. Neftçilər prospekti 43 ünvanında yerləşən “Tod”s” mağazasından fevralın 4-də gecə saatlarında 2200 manat nağd pul və 4700 manatlıq geyim oğurlanıb.
İlkin məlumata görə, oğurluq açar seçmə yolu ilə törədilib.
Faktla bağlı Səbail polisi araşdırma aparır. (Lent.az)

Bakının mərkəzində məşhur butikdən oğurluq edilib
•