Bakının Nəsimi rayonunda mənzil yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 57 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 0.5 kv.m sahədə döşəmə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 13:30-da söndürülüb.