
Lifenews xəbər verir ki, təyyarənin qalıqları Orskdan bir az aralı Severovka rayonunda tapılıb.
Qəzaya hava şəraitinin dumanlı olması səbəb olub. Əlverişsiz hava şəraiti axtarışları da çətinləşdirib.
Təyyarə “Layteyr” QSC-yə məxsusdur. Uçuşun məqsədi Orsk ətrafında neft kəmərinə baxış keçirmək idi.
Təyyarədə olan iki ekipaj üzvü və “Transneft” şirkətinin nümayəndəsi dünyasını dəyişib.