Sabunçuda yanğın: 1 nəfər öldü

yangin qarajBakının Sabunçu rayonunda kürsülü birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin saytında yayılan məlumatına görə, yanğında evin 1 otağı və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı içəridə bir nəfərin meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.