“Dəmir Bank”ın “Xırdalan” filialını bağlayıb.
“Marja”nın əldə etdiyi məlumata görə, bu gündən filial fəaliyyətini dayandırıb.
“Absheron Mega City” ticarət mərkəzində (M. Hüseynzadə küç.7/1) yerləşən filialın 2014-cü ilin Aprel ayında yeni korporativ tərtibatda açılışı baş tutmuşdu.
“Dəmir Bank”dan “Marja”ya bildirildi ki, optimallaşdırma tədbirləri çərçivəsində “Xırdalan” filialı “Xəzər” filialı ilə birləşdirilir. Xırdalan müştərilərinə, Bakış şəhərində, Asif Məhərrəmov 33A ünvanında (Memar Əcəmi metrosu yaxınlığı) xidmətin göstərilməsi davam edəcək.
Digər bir məlumata görə, “Dəmir Bank” işçilərinin maaşını kəskin aşağı salıb.
Qeyd edək ki, devalvasiyalardan sonra banklar filiallarını bağlayır və ya daha yaxın bir filial ilə birləşdirirlər. Həmçinin banklar işçilərinin bir hissəsini ixtisar etmək məcburiyyətində qalıblar.