Bakıda iş adamı intihar etmək istədi

intiharYasamal rayon Polis İdarəsindən verilən məlumata görə, 40-45 yaşlarında kişi Nəqliyyat Nazirliyinin (NN) yaxınlığındakı körpünün üstünə çıxaraq, özünü yandıracağını bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntihar etmək istəyən şəxslə söhbət aparılıb və o, intihar etmək fikrindən daşınaraq, aşağı enməyə razı olub.

APA-nın əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxs Dönməz Məmmədov adlı sahibkardır. Bildirilir ki, iş adamı probleminin NN ilə bağlı olduğunu deyib. Nazirliyin məsul şəxsləri onunla görüşüblər.