Əliyevi Ərdoğanla çətin danışıqlar gözləyir

erdoğan-aliyev-mainHikmət Hacızadə: «Ərdoğan Bakıda Rusiya ilə Türkiyə arasında yaşananlar qaldıra, Azərbaycanın mövqeyini öyrənə bilər»

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub. Səfərin fevralın 18-də baş tutması gözlənilir. Hazırda səfərin detalları dəqiqləşdirilir.

Ərdoğanın səfəri zamanı Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçiriləcək.

Ona da diqqət ayırmaq lazımdır ki, Ərdoğanın səfəri Türkiyə ilə Rusiya arasında növbəti gərginlik ərəfəsinə təsadüf edir. Iki dövlət arasında birinci təyyarə insidentindən sonra pozulan əlaqələr normallaşmamış, daha bir gərginlik yarandı. Səbəb yenə də rus təyyarələrinin Türkiyə sərhəddini keçməsi olub. Ona görə bu səfərin adi səfər olmayacağı gözlənilir. Bundan başqa Ərdoğanın Azərbaycan hakimiyyətindən bəzi istəkləri də ola biləcəyi istisna edilmir.

Azərbaycanın xarici işlər naziri Yunanıstanla həmkarı ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Türkiyə-Rusiya gərginliyi və Azərbaycana bu qarşıdurmanın mümkün təsirləri ilə bağlı suala cavab verib. O, bildirib ki, Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən narahatdır. Nazir deyib ki, Azərbaycan hər iki ölkə rəsmiləri ilə bu barədə müzakirələr aparır: “Inanırıq ki, bu məsələ tezliklə həllini tapacaq. Ümid edirik ki, problem ölkələrə mənfi təsir göstərməyəcək. Bizim türklərlə strateji müttəfiqliyimiz, Rusiya ilə strateji tərəfdaşlığımız var”.

E.Məmmədyarov hər iki ölkənin Azərbaycanınÿən böyük ticarət tərəfdaşı olduğunu xatırladıb.

Bəs, Ərdoğanın səfəri rəsmi Ankaranın Azərbaycandan hansı istəkləri gündəmə gətirməsi ilə nəticələnə bilər? Ankaranın Bakıdan Kremllə bağlı münasibətlərdə bəzi dəyişiklik etmək istəyi müsbət cavablandırıla bilərmi?

hikmet-hacizade-yeni

Politoloq Hikmət Hacızadə hesab edir ki, görüşün proqrammı hələ tam bəlli olmasa da, səfər zamanı iki ölkə arasındakı münasibətlər və regionda baş verənlərlə bağlı geniş müzakirə açılacaq: “Ərdoğan Bakıda Rusiya ilə Türkiyə arasında yaşananlar qaldıra, Azərbaycanın mövqeyini öyrənə bilər. Eyni zamanda iqtisadi problemlərin də kifayət qədər dərinləşməsi bu məsələlərə də toxunulmasını zəruri edir. Hətta Azərbaycan düşdüyü vəziyyət üzündən Türkiyədən maliyyə yardımı da istəyə bilər. Səfər kifayət qədər önəmli dönəmə təsadüf edir və müzakirə olunan məsələlər də geniş ola bilər”.

Xəyal