Türkiyə rusiyalı jurnalistlər üçün viza tətbiq edir

vizaRəsmi Ankara qarşılıqlı əsasda Türkiyəyə qısamüddətli səfərə gələn rusiyalı jurnalistlər üçün viza rejimi tətbiq edir. Bu barədə RİA Novosti-yə Türkiyənin Rusiyadakı səfirliyindən deyiblər. Səfirlikdən bildiriblər ki, türkyəli jurnalistlər Rusiyada işləmək üçün fevralın 15-dən viza almalıdırlar: “Daimi işləyən müxbirlər üçün ölkəyə giriş qaydası dəyişməyib”.