Bank of America Merrill Lynch, aşağı neft qiymətlərinin, ildə 3 trilyon dollarlıq sərvət axınına səbəb olacağını bildirib.
ABŞ-ın qlobal investisiya bankı Bank of America Merrill Lynch tərəfindən hazırlanan hesabatda, aşağı neft qiymətlərinin ildə orta hesabla 3 trilyon dollarlıq sərvətin əl dəyişdirməsinə səbəb olacağının nəzərdə tutulduğu bildirilir.
“Qlobal Enerji Mənzərəsi” adlı hesabatda, aşağı qiymətlərin davam etməsi vəziyyətində, dünya miqyasında xam neft istehsalçılarından neft istehlakçılarına (alıcılarına) sərvət axını olacağı, bunun dəyərinin də ildə orta hesabla 3 trilyon dollara çatacağı qeyd edilib.
Xam neft istehlakının 55%-inin nəqliyyat vasitələri üçün istifadə edildiyi ifadə edilən hesabatda, aşağı neft qiymətləri səbəbilə inkişaf etməkdə olan ölkələrdə istehlakçıların daha çox avtomobil satın almağa yönələcəyinə işarə edilib. Hesabatda, elektrik və hibrid minik avtomobillərin, 2020-ci ildə dünyadakı cəmi avtomobil sayının ancaq 2%-ni yaradacağı vurğulanıb.
Aşağı neft qiymətləri səbəbilə qlobal tələbin, ötən il gündəlik orta hesabla 1,7 milyon barrel artdığı bildirilən hesabatda, bunun son 10 ildəki ən yüksək neft tələbatı artımı olduğu bildirilib.
Bank of America Merrill Lynch, neft qiymətlərinin barrelinin 70 dolların altında qalması vəziyyətində, qlobal tələbatın 2020-ci ilə qədər illik orta hesabla 1,2 milyon barrel artacağını güman edir.
(marja)