Lənkəran Cəbhəçisi barədə qərar dəyişmədi

Nazim AXCPFevralın 3-də Şirvan Apellyasiya Məhkəməsində AXCP Lənkəran şöbəsinin sədri Nazim Həsənlinin şikayətinə baxılıb. Şikayət N.Həsənli barəsində Lənkəran Rayon Məhkəməsinin çıxardığı 30 sutka inzibati həbs cəzası qərarından verilib.

Apellyasiya Məhkəməsi şikayəti təmin etməyərək, Lənkəran məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Nazim Həsənli yanvarın 12-də Lənkəranda əhalinin sosial problemlərlə bağlı keçirdiyi etiraz aksiyasından sonra saxlanılıb. Aksiyada iştirak etməməsinə baxmayaraq, o, iştirakçı kimi təqsirləndirilib.

Müdafiə tərəfi həbsi yerli hakimiyyətin birbaşa sifarişi hesab edir.