Məmurları «ailə hakimləri» qoruyur
Biz gerçək yaşamda görməsək də, eşitmişik, seriallardan bilmişik ki, istənilən ailə özünə vəkil, həkim seçə bilər. Bizdə isə tərsinədir. Məmurlar özlərinə HAKIM seçirlər. Yanlış oxumadınız, MƏHKƏMƏ HAKIMI MƏMURLARIN RÜŞVƏT HÜQUQLARINI QORUYUR!
ƏƏSMN-in keçmiş, Nizami RIH-in indiki şöbə müdiri Əli Axundov bu sətirlərin yazarını YAP-ın “Yeni Azərbaycan”, “Səs” və s. qəzetlərində şər-böhtana,təhqirə uğradıb ki, qanunun savaş əlillərinə verdiyi güzəştlərdən rüşvətsiz yararlanmaq istəyir. Görəvi əlillərə xidmət etmək olan məmura qarşı xüsusi ittiham qaydasında eyni şikayət ərizəsi Bakının 3 ayrı rayon məhkəməsinə verilib. Nizami Rayon Məhkəməsi qəzetlərin Yasamal rayonunda yerləşən “Azərbaycan” nəşriyyatında çap edilməsini əsas tutub(??) aidiyyəti üzrə sözügedən rayona göndərib. Bu məhkəmənin hakimi Sərdar Mehrəliyev qəsdən bildirişi hər yol iclasın vaxtından 7 gün sonra(??) verməklə icraatdan imtina edib. Səbail məhkəməsinin hakimi Aytən Əliyevanın və Sərdar Əliyevin qərarlarından şikayət Bakı AM-in eyni hakim heyətinə (Vüqar Məmmədov, Əmir Bayramov, Əflatun Qasımov) verilib və təbii ki, bu heyət hər iki qərarı qüvədə saxlayıb. Yenidən Nizami məhkəməsinə edilən şikayət üzrə hakim Elnur Nuriyev artıq 3-cü yol(??) Əli Axundova HAKIM xidməti göstərərək, ümumiyyətlə, təqsirlənirilənin kimliyini göstərməyib. Bakı AM-in hər 3 qərarından kassasiya şikayətində isə Ali Məhkəmənin eyni hakimi – Fərhad Kərimov məmura “ali” hakim xidməti göstərərək şikayətləri təmin etməyib. Məhkəmə Hüquq Şurası (MHŞ) baş prokurorluğa, baş prokuror, onun yanında korrupsiyaya qarşı mübarizə idarəsinin qaynar xətləri isə MHŞ-ya üz tutmağı məsləhət bilib, heç şikayəti qeydə də almayıblar.
Səbail RIH-in şöbə müdiri Hafiz Aberkarov “ALYANS-F” MMC-nin adına tərtib etdiyi saxta çıxarışla rayon məhkəməsi hakimlərinin (Nurəddin Bağırov, Zaur Əliyev, Kəmalə Əmirxanova) gözlərini elə bağlayıb, ciblərini elə açıb ki, apelyasiya (Mədinə Bağırova, Ismayıl Xəlilov və daha 5 nəfər), kassasiya (Akif Isgəndərov və b.) və əlavə kassasiya (sədr Ramiz Rzayev) instansiyaları da əsli olmayan, reyestr (004011002204-06301)və qeydiyyat (1111070988) nömrəsindən saxta olmasını (portaldan məlumat əlavə olunur) ƏMDK-nın “e-gov” portalının da təsdiq etdiyi “kupça”nı əsas tutub, məmurun mülkiyyət hüququnun toxunulmazlığının Konstitusiya və Avropa Məhkəməsinin presedent qaydası ilə təsbit olunduğuna qərar veriblər. Konstitusiya Məhkəməsi isə 1,5 ildir şikayəti icraata götürsə də, hələ də baxmayıb. Belə çıxır, məmurlar məhkəmələri özəlləşdirib. Maraqlıdır, məmurlara hakim təyin olunaraq xidmət edilsə də, əlillərə heç vəkil də ximət göstərmir.
Kəmalə Əmirxanova çıxarışın etibarsız sayılması barədə ərizəni də 8 aydır gah geri qaytarmaq, gah icraatdan imtina etməklə maraqlı şəxsin – ƏMDK-nın maraqlarına qurban verib. Baxın, Bakı AM (sədrlik edən Namiq Cəfərov) bu hakimin 29.09.2015 tarixli ərizənin geri qaytarılması barədə qərardadını 18.11.2015 tarixli qərardadla ləğv edib və 1-ci instansiyaya baxmağa göndərsə də, MPM-in 19-cu maddəsinə zidd olaraq iş yenidən – 4-cü yol(??) Kəmalə Əmirxanovaya verilib və o da yuxarı instansiyanın aktını ləğv edib(??). Görəsən Bakı AM (sədrlik edən Raqib Qurbanov) “siçanın pişikdən pasport tələb etməsinə” qanuni qiymət verəcək, yoxsa ƏMDK-nın “qiymətini” əsas tutacaq?
Əmlakın özəlləşdirilməsinin yolu, deyəsən, məhkəmələrin özəlləşdirilməsindən keçir.
Məğrur Bədəlsoy