Dünya bazarlarında neft yenidən ucuzlaşıb.
Brent nefti 7,2% ucuzlaşaraq 33,57 dollara, ABŞ xam nefti isə 9%-ə yaxın ucuzlaşaraq 30,88 dollara düşüb.
Bu gün ABŞ-da neft ehtiyatları məlumatı açıqlanacaqdır. Proqnozlara görə, ötən həftə ABŞ-da neftbazalarda ehtiyatların 4,7 milyon barel artaraq 499,7 milyon barelə çıxması gözlənilir. Bu, yeni rekortdur.
(marja)