İlham Əliyev Dubaya niyə gedib?

????????????????????????????????????

Dövlət başçısı ölkəyə maliyyə cəlb etməyi bacaracaqmı?

Dövlət başçısı Ilham Əliyev bazar ertəsi Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedib, bu barədə ölkə prezidentinin saytında yerləşdirilmiş məlumatda bildirilir.

Məlumata görə, günorta Əbu-Dabidə Ilham Əliyevin BƏƏ Silahlı Qüvvələrinin Baş Komandanı Şeyx Məhəmməd bin Zayed əl Nəhyanla görüşü keçirilib.

BƏƏ-nin “Gulf News” qəzetinin yazdığına görə görüşdə siyasi iqtisadi ticarət investisiya məsələləri müzakirə olunub. Bu zaman kənd təsərrüfatı sahəsinə xüsusi diqqət yetirilib. Ilham Əliyev şeyx Məhəmməd bin Zayed əl Nəhyanı Azərbaycana rəsmi səfərə dəvət edib.

Bəzi iddialara görə, Ilham Əliyevin BƏƏ-yə səfərində əsas məqsəd maliyyə axtarışıdır. Azərbaycanda maliyyə böhranı dərinləşdikcə Azərbaycan hökuməti maliyyə axtarışına başlayıb. Əgər hökumət bunu ilk günlərdə gizlədirdisə, daha sonra açıq şəkildə bəyan etməyə başladı. Hətta ölkə başçısı Ilham Əliyev son müşavirədə borc almaya getməyin mümkünlüyünü xüsusi vurğuladı. Bundan sonra Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fonduna 4 milard borc istədiyi barədə məlumat yayıldı. Lakin məlumat rəsmi Bakı tərəfindən təkzib olundu. Bəzi məlumatlara görə, bu xəbərin təkzib olunması BVF-nin konkret şərtlər əsasında Azərbaycan hökumətinə borc verə biləcəyini açıqlamasıdır. Bu şərtlər isə ölkə idarəetməsində, həm də iqtisadiyyatda islahatlarla bağlı olub. Azərbaycan hökumətin bu şərtləri qəbul etmədiyinə görə danışıqlar baş tutmayıb. Hökumət də çıxış yolu kimi ümumiyyətlə bu məsələni danmaq yolunu tutub.

Görünür, BVF-dən əli üzülən Ilham Əliyev borc üçün ərəb şeyxlərinə müraciət etməyi qərarlaşdırıb. Bu baxımdan da BƏƏ-yə səfər edib. Amma maraqlıdır ki, ölkə başçısının səfərinin ilk günündə “Gulf News” qəzeti ABŞ-da fəaliyyət göstərən, dünyanın 3 ən nüfuzlu reytinq agentliyindən biri olan (“Moodys” və “Fitch Ratings” ilə yanaşı) “Standard and Poors” agentliyinin Azərbaycanın kredit reytinqi ilə bağlı qiymətləndirməsini dərc edib. Məlumat üçün deyək ki, “Standard and Poors” agentliyi Azərbaycanın kredit reytinqini BB+ səviyyəsinə endirib. Bu, “spekulyativ”, yaxud “zibil” səviyyə sayılır. Bəlkə də “Gulf News” bu məlumatla  BƏƏ rəhbərliyini xəbərdar edib.