texnikabank

“Texnikabank” ödəmə qabiliyyətini itirib

texnikabankBu yaxınlarda böhrandan çıxıldığına ümid edilən “Texnikabank” yenidən çətinliklər ilə qarşı-qarşıya olduğu siqnalı verir.

“Marja”nın məlumatına görə, Bankın əməkhaqqı kartı sahibləri öz pullarını ala bilmirlər.

“Ən etibarlı bankdan maaşımızı ala bilmirik. Kartdan bankomatlar vasitəsilə pulu çıxartmaq mükün deyil. Həmçinin kart ilə xidmət haqlarını onlayın ödəmək, alış-veriş etmək də mümkün deyil” – deyə Bankın müştərilərindən biri “Marja”ya bildirib.

Qeyd edək ki, bir neçə gün öncə “Texnikabank”ın lisenziyasının ləğv olunduğu barədə xəbər yayılmış, lakin xəbər təsdiq olunmamışdı.

Qeyd edək ki, məlum  hadisələrdən sonra “Texnikabank” əsl sahibi olan Etibar Əliyevə qaytarılmışdı. O, “12 faizdən yuxarı kredit vermək fikrində deyilik” -deyə söz versə də hələ də sözünə əməl edə bilməyib. Ekspertlər bankirin bu bəyanatının populist bəyanat olduğunu bildirirlər.