Qırğızlar da kreditləri köhnə məzənnə ilə ödəyəcək

Qirgiz pulu

Əli Kərimli: «Bizim öz yolumuz var» deyə-deyə elə vəziyyət yaratdılar ki, indi xalq hətta Qazaxıstan və Qırğızıstandakı idarəetməyə də həsədlə baxır»

Qırğızıstan əhalisinin dollarda olan ipoteka kreditləri milli valyutaya çevriləcək. Rəsmi məlumatlara görə, ötən il Qırğızıstanın milli pul vahidi qırğız somı aparıcı dünya valyutalarına nisbətən təxminən 29 faiz ucuzlaşıb.

Qırğızıstan sakinlərinin dollarda götürdükləri ipoteka kreditlərinin yenidən hesablanacaq. Bu barədə müvafiq sərəncamı respublika hökumətinin başçısı Temir Sariyev imzalayıb. “Marja” xəbər verir ki, məlumatı baş nazirinin mətbuat katibi Nəzirə Əhmədova bildirib.

Baş nazirin sərəncamı bu gündən qüvvəyə minir. Onun icrası ilə bağlı bütün xərclər dövlət büdcəsinin hesabına kompensasiya ediləcək”,- Əhmədov bildirib.

Kreditlər 1$ = 62,14 som məzənnəsi ilə yenidən hesablanacaq, halbuki bu gün Qırğızıstanda dolların rəsmi məzənnəsi təxminən 76 som təşkil edir.

Fərq 574 milyon som (7,6 mln. dollar) büdcə vəsaiti hesabına ödəniləcəkdir. Yenilik yalnız o şəxslərə şamil edilir ki, maksimum 40 min dollaradək kredit götürüb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna və Qazaxıstan oxşar qərar vermişdi. Azərbaycan hökuməti isə bu məsələdə xalqa güzəşt etmək istəmir.

akarimli-yeni5

AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində baş verənləri belə şərh edib: “Kasıb Qırğızıstanın da hökuməti dollarla olan ipoteka kreditlərini əvvəlki məzənnə ilə hesablayacaq. Baxmayaraq ki, Qırğızıstanda milli valyuta bizdə olduğu kimi 100 faizdən artıq deyil, cəmi 29 faiz devalvasiyaya məruz qalıb. Həm də Qırğızıstanda 40 min dollara qədər olan kreditlər əvvəlki məzənnə ilə yenidən hesablanacaq. Aradakı fərqi dövlət öz üzərinə götürəcək. Bizim hökumət hələ xalqın etiraz etdiyi dövrdə belə, yalnız 10 min dollara qədər olan kreditləri əvvəlki məzənnə ilə hesablamağa razılaşmışdı. Sonra 5 min dollara düşdülər, daha sonra isə xalqı aldadıb, hər hansı güzəştdən imtina etdilər. Nə günə qoydular bu ölkəni? ”Bizim öz yolumuz var” deyə-deyə elə vəziyyət yaratdılar ki, indi xalq hətta Qazaxıstan və Qırğızıstandakı idarəetməyə də həsədlə baxır”.