“Qazprom” neftin 20 dollara olacağına hazırlaşır

qazpromRusiyanın “Qazprom” şirkəti büdcəsində neftin qiymətini 20-25 dollar nəzərdə tutur. Bu barədə şirkətin rəsmisi İqor Şatalov məlumat verib.
Onun sözlərinə görə, büdcədə neftin qiymətinin 50 dollar nəzərdə tutulması proqnozlara zidd idi. “Neftin 35 dollara qədər ucuzlaşacağını nəzərə almışıq. Eyni zamanda neft 20-25 dollara düşəcəyini təqdirdə yaranacaq ssenari üzərində də işləyirik”, – deyə o qeyd edib.

azadlıq.info