İsveçrədə analoqu olmayan referendum keçiriləcək

doll+Avroİsveçrə hökuməti işləyib-işləməməyindən asılı olmayaraq hər bir ölkə vətəndaşının 2500 İsveçrə frankı (2500 dollar) almasını nəzərdə tutan təklifi referenduma çıxaracaq.

Hökumət ötən həftə “şərtsiz əsas gəlir”in ödənilməsi barədə referendumla bağlı qərar verib. Referendum iyunun 5-də keçiriləcək.

Əgər İsveçrə konfederasiyasının vətəndaşları bu ideya ilə razılaşsa, onlar hər ay əlavə 2500 frank alacaq. Hər bir uşağa 625 frank veriləcək.

azadlıq.info