“Bank of Baku” müştərilərinə kredit xətti kimi təqdim etdiyi “Bolkart Grace” kartlarının limitini azaltmağa başlayıb. Bu barədə bankdan məlumat verilib. Məlumata görə, bununla bağlı müştərilərinin mobil telefonlarına mesaj göndərilir və bildirilir ki, son 6 ay ərzində “Bolkart”dan istifadə və ödəniş dərəcəsi yenidən qiymətləndirilib və kart üçün yeni limit müəyyən edilib. Kartdakı məbləğin orta hesabla 50% azaldıldığı bildirilir. Xatırladaq ki, bundan bir qədər əvvəl “Bank of Baku” “Loyallıq layihəsi” çərçivəsində müştərilərinə verdiyi “Dostlar klubu” kartlarından kredit xətti kimi istifadə edilməsinə məhdudiyyət qoymuşdu. (fins.az)

“Bolkart” sahiblərinin limitini azaltdılar
•