Bakıya gələn avtomobildə 1 ton at əti aşkarlandı

etAğcabədi rayon sakininin avtomobilində at əti aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, yanvarın 24-də Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda Ağcabədi rayon sakini Nofəl Yusifovun idarə etdiyi “Ford” markalı avtomobil saxlanılıb. Baxış zamanı avtomobildə olan 1 ton 100 kiloqram at əti aşkar edilərək götürülüb.
Araşdırma aparılır. (Lent.az)