Rusiya Hava Qüvvələrinə məxsus SU-34 təyyarəsinin Türkiyə hava məkanını pozub. Bu barədə Türkiyə XİN-nin məlumatında bildirlir. Məlumata görə, insidentlə əlaqədar Rusiyanın Türkiyədəki səfiri Türkiyə XİN-nə çağırılıb.
XİN-nin yaydığı bəyanatda deyilir ki, Türkiyə hava məkanının pozulmasına görə ortaya çıxa biləcək arzuolunmaz hallara görə məsuliyyət tamamilə Rusiya üzərinə düşəcək. Bu Rusiyanın iki ölkə arasındakı böhranın daha da dərinləşməsini istəməsinin aşkar göstəricisidir.
İnsident dünən saat 11.46 radələrində eydə alınıb. Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin heyətinə rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya hərbi təyyarəsinin sərhədi pozması ilə bağlı Moskvaya etdiyi xəbərdarlıqdan sonra Türkiyə Silahlı Qüvvələri “hər an hər şeyə hazır olmaq” mənasını verən “Narıncı” həyəcan səviyyəsi elan edib.
Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının Amasya, Ankara, Balıkesir, Diyarbakır və Malatyada yerləşən hərbi bazalarına əmr verilib ki, sərhəd pozuntusu zamanı istənilən hədəf əmr gözləmədən məhv edilsin.
Bundan başqa, “Narıncı” həyəcan səviyyəsi elan edildikdən sonra Diyarbakırdakı aviabazaya çox sayda F-16 qırıcısı göndərilib.
Daha əvvəl isə R.T.Ərdoğan Rus döyüş təyyarəsinin Türkiyə hava sərhədini pozması ilə bağlı açıqlama verərkən xəbərdarlıq edib ki, Rusiya bu cür sərhəd pozuntularını davam edərsə, nəticələri ilə üzləşmək məcburiyyətində qalacaq.