Türkiyədəki əməliyyatlarda 600-dən çox PKK-çı məhv edilib

turk orduTürkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Şırnakın Сizrə qəsəbəsindəki əməliyyatda 2, Diyarbakırın Sur kəndində isə 4 PKK-çı məhv edilib. Bu günə qədər həyata keçirilən əməliyyatlarda ümumilikdə 611 terrorçunun məhv edildiyi bildirilir. Onlardan 467-si Сizrədə, 138-i Surda zərərsizləşdirilib.

Əməliyyatlar zamanı xeyli sayda silah-sursat da ələ keçirilib. Bingöldə terrorçulara məxsus bazalardan xeyli miqdarda qida və gündəlik tələbat məhsulları aşkarlanıb. Mardinin Derikt qəsəbəsində isə PKK yaraqlısı sağ ələ keçirilərək həbs olunub.

Aydın Taş, Ankara