Quşçuluq fabrikində yanğın olub

ankara-yanginAbşeron rayonunda “Səba” quşçuluq fabrikinin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, fabrikin ərazisində ümumi sahəsi 2900 kv.m olan sexin yanar konstruksiyaları 2100 kv.m sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.