Avropa və Türkiyə Rusiya metallurqları üçün bazarlarını bağlayacaq

metalAvropa Birliyi Rusiya poladı üçün bazarlarını məhdudlaşdıracaq və ildə 320-340 mln dollarlıq tədarükə 26% rüsum qoyulacaq. Avrokomissiya Rusiya ilə yanaşı Çinə də eyni məqsədlə 16% rüsum tətbiq etməyi planlaşdırır. Bu barədə Reuters agentliyi məlumat yayıb. Rüsumlar köhnə tarixlə, 2015-ci ilin dekabr ayından tətbiq edilir. Rüsumlar ilk növbədə Novolipetsk metallurgiya kombinatına və “Severstal”a aid ediləcək.

2015-ci illərdə bu şirkətlər Avropaya müvafiq olaraq 350 min və 300 min ton məhsul ixrc edib. 2015-ci ildə bu 320-340 mln dollar təşkil edirdi.

Qeyd edək ki, bir qədər əvvəl Rusiyaya qarşı Türkiyə də oxşar rüsumlar tətbiq edib.

azadlıq.info