ABŞ Mərkəzi Bankının (Fed) Açıq Bazar Komitəsinin (FOMC) iclası başa çatıb. İclasda gözlənildiyi kimi faizlərin dəyişdirilməməsi bardə qərar verilib. Faizlər 0,25-0,50% intervalında qalır. Qərar yekdilliklə qəbul olunub.
Fed dekabr ayında 2006-dan bəri ilk dəfə faizləri 0 – 0.25% aralığından 0.25 – 0.50% aralığına yüksəltmişdi.
Qərarın açıqlanmasından sonra Dollar Avro qarşısında ucuzlaşmağa başlayıb.
Fed iqtisadi mənzərəyə dair narahatlıq siqnalları verib, ancaq mart ayında faiz artırımı ehtimalını da açıq saxlayıb.
Fed rəsmiləri qlobal iqtisadiyyatdakı proseslərin yaxından izləndiyi və faiz artırımlarının mərhələli olacağına vurğu edib. Federal Açıq Bazar Komitəsinin (FOMC) açıqlamasında “qlobal iqtisadi və maliyyə prosesləri yaxından izlənir, məşğulluq bazarı və inflyasiya üzərindəki təsirlərini qiymətləndiririk” ifadəsi istifadə edilib. İnflyasiyanın yaxın perspektivdə aşağı qalmaqda davam edəcəyi bildirilib.