Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranından oğurluq olub. “Report”un xəbərinə görə, restoranın sahibi Könül Mürsəlova polisə müraciət edərək restorandan məişət və elektrik avadanlıqlarının oğurlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Zeytə” restoranı keçən ay mətbuatın gündəminə orada məmur oğlunun (Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğlu Məhərrəm Əliyev) silahlı insident törətməsi ilə gəlib.