Həbs qətimkan tədbirinin genişliyi və tempi narahatçılıq yaradır. Məhkəmələr tərəfindən zəruri əsaslar olmadan həbs qətimkan tədbiri seçilir, həbsdə saxlanma müddətləri qanunusuz olaraq uzadılır, həbslə bağlı olmayan alternativ qətimkan tədbirlərindən istifadə olunmur və ya əsassız olaraq imtina olunur.
“Həbs” qətimkan tədbirləri “kütləviləşdikcə” insan hüquq və azadlıqlarının pozulması adiləşir, istintaq təcridxanalarının hədsiz yüklənməsi davam edir, bu hesaba dövlətin zərərinə küllü miqadarda büdcə vəsaiti itirilir.
Bu həm də təhlükəli tendensiyadır, çünki həbs qətimkan tədbiri ittiham hökmlərinin “əsaslarını” yaradır, onların sayının artmasına rəvac verir, eyni zamanda bəraət hökmlərinin qarşısına ciddi sədd çəkir. Başqa cür ola da bilməz. Həbs qətimkan tədbirnin prosedurası sonradan bəraət hökmlərinin çıxarılmasını əngəlləyir və hətta mümkünsuz edir.
Belə ki, həbs qətimkan tədbiri barədə müstəntiq vəsatətlə çıxış edir, həmin vəsatətlə əlaqədar prokuror məhkəməyə təqdimat verir və bunların əsasında məhkəmə həbs qətimkan tədbiri barəsində qərar qəbul edir. Göründüyü kimi həbs qətimkan tədbiri prosesində müstəntiq, prokuror və məhkəmə eyni mövqedən çıxış edirlər. Nəticədə həmin subyektlərin birgə qərarı gələcəkdəki ittiham hökmünə start verir. Əks halda, yəni bəraət hökmü çıxarılan təqdirdə təqsirləndirlən şəxsin reabilitasiya ilə əlaqədar vulmuş ziyana görə kompensasiya hüququ və eyni zamanda qanunusuz olaraq həbs qətimkan tədbirini seçmiş müstəntiq, prokuror və hakimin məsuliyyəti yaranır. Ona görə də belə qərarları qəbul etmiş şəxslər və onların təmsil etdiyi istintaq, prokurorluq və məhkəmə sonrakı məhkəmə mərhələlərdə bəraət hökmlərinin əsasları müəyyən edildikdə də belə qərarları qəbul etmirlər.
Həbs qətimkan tədbiri cinayət qanunuvericiliyin çoxcəhətli, mərkəzi problemidir. Birincisi, hüquqi məsələ kimi insanın azadlığı və şəxsi toxunulmazlığı fundamental hüququ ilə bilavasitə bağlıdır, ona müstəsna hallarda tətbiq edilən prosessual məcburiyyət tədbiri kimi baxılmalıdır və zərurəti əsaslandırlmalıdır. Ikincisi, mənəvi baxımdan sosial ədalətin bərpasına xidmət etmək mahiyyəti daşımalıdır. Üçüncüsü, həbs qətimkan tədbirinin eyni zamanda iqtisadi aspektləri mövcuddur, çünki məhsuldar insanın cəmiyyətdən, ailəsindən təcrid olunması, işindən məhrum edilməsi ailə büdcələri üçün böyük itki, eləcə də dövlət büdcəsi üçün yükdür.
Qeyd edildiyi kimi ittiham hökmləri ilə həbs qətimkan tədbirləri arasında ciddi funksional əlaqələr mövcuddur.
Həbs qətimkan tədbrində yaranmış problemlər nə ilə bağlıdır?
Birinicisi, istintaq və məhkəmə orqanları tərəfindən həbs qətimkan tədbiri barədə mövcud olan qanunvericiliyin qaydalarına tam əməl olunmur.
Cinayət – Prosessual Məcəlləsində göstərilir ki, qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirlənrdirlən şəxsin qanuna zidd davranışının qarşısını almaq, hökmün icrasını təmin etmək məqsədilə bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir.
Qətimkan tədbirnin seçilməsi barədə qərarda şübhəli və ya təqsirlədnirlən şəxsin törətdiyi cinayət və ilkin sübutlara istinad edilməklə qətimkan tədbirnin seçilməsi zəruriliyinin əsasları göstərilməlidir.
Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq şəxsin cinayət qanunu ilə nəzərdə tutlmuş əməlin törədilməsində aidiyyatı sübut olunmadıqda, o, həbs oluna və ya zərurət olmadıqda həbsdə saxlanıla bilməz.”
Həbs qətimkan tədbiri barədə Ali Məhkəmənin və eləcədə Konstitutsiya Məhkəməsinin Plenumunun qərarları da mövcuddur. Həmin qərarlarda məhkəmlər üçün mühüm göstərişlər və tövsiyələr verilmişdir.
Təqsirləndirlən şəxslər barəsində həbs qətimkan tədbirnin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmlər tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2009-cu il tarixli Qərarında göstərilir ki, məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız CPM-nin 155-ci maddəsində göstərilən prosessual əsasları formal sadalamqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirlən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar. Bu zaman təqsiləndirlən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəsizlik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən məlumatlar, o cümlədən yaşı, ailə vəziyyəti, məşğülluq növü, sağlamlığı və bu kimi digər halar nəzərə alınmalıdır.
Məhkəmələrə izah edilsin ki, həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxarkən onlar ilk növbədə Azərbaycan Respublikası CPM-nin 154-cu maddəsində nəzərədə tutlmuş digər qətimkan tədbirnin seçilməsinin mümkünlüyünu yoxlamalı, təqdimat təmin edildikdə isə həbslə əlaqədar olmayan qətimkan tədbirnin seçilməsinin qeyri-mümkün olmasını əsaslandırmalıdırlar.
Konstitutsiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh olunmasına dair 09 iyul 2010-cu il tarixli qərarında da göstərilir ki, hər kəsin azadlıq hüququ və şəxsi toxunulmazlıq hüququ insan hüquq və azadlıqlarına həsr olunmuş beyəlxalq aktlarda, o cümlədən, İnsan hüquqları üzrə Ümumi Bəyannəminin 3-cü maddəsində, Mülki və siyası hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsində də təsbit olunmuşdur.
Hər kəsin bu hüququnun müdafiəsi təmin edilməlidir. Bu onu nəzərdə tutur ki, Konvensiyaının 5-ci maddəsinin 1-ci bəndində göstərilmiş şərtlər istisna olunmaqla, heç kəsin azadlığı məhdudlaşdırlmamalı və ya məhdudlaşdırılması davam etdirilməməlidir. Azadlıq hüququndan Konvensiyanın 5-ci maddəsinin 1-bəndi ilə təmin olunmuş istisna siyahısı məhdud xarakterlidir və bu istisnaların yalnız dar təfsiri sözügedən müddəanın məqsədinə uyğundur.
Beləliklə, mövcud olan hüquqi baza həbs qətimkan tədbiri barəsində məsələnin bütün cəhətlərini tənzimləyir. Qanunvericiliyin məzmunundan da görünür ki həbs qətimkan tədbiri müstəsna prosessual məcburiyyət tədbiridir və bunun zəruriliyi məhkəmənin qərarında əsalandırlmalıdır. Qanunvericiliyin tələbi belədir.
Lakin təcrübədə bunun əksini görürük. Çox vaxt müstəntiqlərin vəsatətində təqsirləndirilən şəxsin istintaqdan yayınması və ya ibtidai istintaqın, məhkəmə baxışının normal gedişinə mane olması kimi formal, qeyri-müəyyən, ümumi ifadələr göstərilir, analoji ifadələr prokurorun təqdimatına köçürülür və belə ümumi mülahizələr məhkəmənin qərarının əsasını təşkil edir. Məhkəmələr həbs qətimkan tədbiri barəsində işə baxarkən prokurorun təqdimatının arqumentlərini, həbsin zəruriliyinin nədən ibarət olmasını, konkret olaraq nədə ifadə olumasını araşdırmır, ilkin sübutlara qiymət vermir, bütövlükdə həbs qətimkan tədbiri kimi mühüm, taleyüklü məsələyə formal mülahizələr əsasında baxırlar. Bir qayda olaraq müdafiə tərəfinin sübütlarla bağlı iradlarına birinci instansiya və apellyasiya məhkələrində işə mahiyyəti üzrə baxılmır, sübutlara qiymət verilmir kimi cavablandırılır. Sual olunur: sübutlara qiymət vermədən həbsin qanuniniliyini necə müəyyən etmək olar?!
Bundan başqa, həbsdə saxlama müddətinin uzadılması prosesində də eyni formada qanunusuzluqlara yol verilir. Təqsirləndirlən şəxs həbs edildikdən sonra İstintaq Təcridxanasına köçürülür və müstəntiq tərəfindən “yaddan çıxarılır”, aylarla heç bir istintaq hərəkəti aparılmır, həbsdə saxlama müddəti başa çatdıqdan sonra yenidən əsassız olaraq həbsdə saxlama müddəti uzadılır, belə halda da məhkəmə istintaqın hərəkətlərinə hüquqi qiymət vermir və bir qayda olaraq həbsdə saxlama müddətinin uzadılması barədə avtomatik qərar qəbul edilir.
Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə uyğun olaraq, təqsirləndirlən şəxsin barəsində həbs qətimkan tədbirnin seçilməsinə əsas olmuş eyni hallara əsaslanmqla həbsdə saxlanılma müddətinin uzadılması İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin tələbləri baxımından şəxsin azadlıq və şəxsi toxunulmzalıq hüququnun pozulması kimi qiymətləndirilir.
Nəhayət, Cinayət – Prosessual Məcəlləsində qətimkan tədbirnin – ev dustaqlığı, girov, şəxsi zaminlik, təşiklatın zaminliyi, və s. 10 növü nəzərdə tutulmuşdur. Lakin təcrübədə alternativ qətimkan tədbirlərindən istifadə edilmir, bu barədə müdafiənin verdiyi vəsatətlər əsassız olaraq təmin olunmur. Halbuki alternativ qətimkan tədbirləri hüququn ədalət və humanizm prinsiplərindən irəli gəlir.
Beləliklə, həbs qətimkan tədbiri məsələsində öz həllini gözləyən ciddi suallar yaranıb. İnsanların hüquq və azadlıqlarının təmini üçün bunlar həll edilməlidir, həm də təxirəsalınmadan…