Ukraynanın bir kəndində dünyaya gələn uşaqların əksəriyyəti əkizlədir. Söhbət Velikaya Kopanya kəndindən gedir. Kənddə, təxminən, 4 min insan məskunlaşıb. Lakin xəritədə bu kəndi rekordçu kimi qeyd etmək olar.
Kənddə 61 əkiz uşaq var. Əkizlərin bir-birinə oxşaması isə, ən çox müəllimləri çətinliyə salır. Hazırda kənd məktəbində 20 əkiz təhsil alır.
“Müəllimlər həmişə bizə səhv iş dəftəri verir. Mənim dəftərimi qardaşıma, qardaşımın dəftərini mənə verirlər. Bizi təkcə mənim xalıma görə ayırd edə bilirlər”, – deyə Dima Sedak bildirib.
Kənddə belə bir rekord göstəricinin qeydə alınması isə, kənd əhalisinin sözlərinə görə, onların içdiyi sudandır.
“Bilmirəm. Deyirlər bu, içdiyimiz müalicəvi sudandır. Mən həmin suyun çıxdığı quyunun yanındakı evdə böyümüşəm. Atam həmişə evdən daha çox o su ilə üzünü yuyardı”, – deyə əkiz atası Yuri Şiverya bildirib.
Maraqlıdır ki, kənddə bir inək də əkiz bala dünyaya gətirib (ans press).