baki-avtovogzal2

Bakı Beynəlxalq avtovağzalında etiraz aksiyası

baki-avtovogzal2Bakı Beynəlxalq Avtovağzalında ticarətlə məşğul olan şəxslər icarə haqqının baha olması ilə əlaqədar aksiya keçirir.

Obyekt sahibləri devalvasiyadan sonra ziyanla işləməyə başlayıblar. Daha doğrusu, müştəri qıtlığı yaşayan mağazalarda alverin ən azı iki dəfə azalması hamının ovqatını təlx edib.

Amma buna baxmayaraq avtovağzal rəhbərliyi qiymətləri aşağı salmaqla bağlı dükan sahiblərinin xahişini yerə salıb, ona görə də aksiya qaçılmaz olub…

Qeyd edək ki, aksiyaçıların əsas tələbi icarə haqlarınım aşağı salınmasıdır… (Moderator.az)