Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin Davosda keçirilən iqtisadi forumda bildirib ki, böhranın pik həddi hələ bundan sonra olacaq. “2016-cı il risklərlə dolu olacaq. Neftin qiymətinin bi qədər düşəcəyini gözləmirdik. Bu artıq yeni reallıq yaradıb. Ona görə də böhranın pik həddi qabağdadır”, – deyə Kudrin bildirib.
O həm də qeyd edib ki, 2017-ci ildə Rusiyada artım sıfıra bərabər olacaq. Ancaq müsbət artımın da olacağı mümkündür.
azadlıq.info