Bakıdakı “Anadolu” restoranında yanğın

yanginFHN məlumat yaydı.

Bakıda restoranlardan birində yanğın hadisəsi baş verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 220 kv.m olan “Anadolu” restoranının mətbəxinin tüstü borusunun şüşə pambıqdan ibarət üzlüyü 2 p.m yanıb. Restoran yanğından mühafizə olunub.

Yanğın saat 03:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.