İranla məhbus mübadiləsi çərçivəsində ABŞ-ın azad etdiyi iranlı məhbuslar ölkələrinə qayıtmaq istəmir. Bu barədə ABC telekanalı məlumat yayıb. Ümumilikdə beş amerikalının yeddi iranlı məhbusa dəyişdirilməsi nəzərdə tutulurdu. Onların neytral ərazidə – İsveçərinin Cenevrə şəhərində dəyişdirilməsi planlaşdırılır. Lakin iranlı məhbuslardan heç biri təyyarəyə minməyib. Onlardan altısının İranla yanaşı ABŞ vətəndaşlığı da var. Bir çoxunun ailəsi də ABŞ-da yaşayır.
İranın azad etdiyi beş amerikalıdan üçü Cenevrəyə gedib. Daha bir məhbus bir qədər tez azad edilib və ABŞ-a uçub. Beşinci məhbus Nosratull Xosravi isə İranı tərk etmək istəməyib.
azadlıq.info