Azərbaycan neftinin qiyməti 30 dollardan aşağı düşdü

neftAzərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,81 dollar, yaxud 2,64% ucuzlaşıb.

“Report” xəbər verir ki, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 29,91 dollara bərabərdir.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.