Moskvadan beynəlxalq təyyarə reysləri ləğv edildi

TeyyareGüclü küləklə müşayiət olunan qar Moskvanın Şeremetyevo hava limanından yerinə yetirilməsi planlaşdırılan reyslərin ləğv olunmasına gətirib çıxarıb.

«Aeroflot» aviaşirkətinin rəsmi saytı bildirir ki, 18 və 19 yanvar tarixlərinə nəzərdə tutulmuş 31 reys ləğv olunub.

Bunların arasında Moskvadan Rusiyanın digər şəhərlərinə ediləcək təyyarə reysləri ilə yanaşı, Tel-Əviv, Paris, Münhen, Amsterdam, İstanbul və Budapeşt reysləri də var. (Virtualaz.org)